Accessibility links

Getdikcə daha çox amerikalı tez yemək əldə etmək üçün səyyar mətbəxlərə üstünlük verdikcə, dəm qazı tullantılarının artmasıproblemə çevrilib. Səyyar mətbəxlərını saxlamaqla onların ətraf mühitə olan təsirini məhdudlaşdırmağın yollarını necə tapmaq olar?

ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində bildirir ki, Nyu-York şəhəri bu sualın cavabını tapıb: günəş enerjisi ilə çalışan səyyar mətbəxlər yaradılıb. Şəhər rəhbərliyi nyu-York küçələrinə 500 ədəd enerjiyə qənaət edən səyyar mətbəxlər buraxaraq böyük bir addım atıb. Əgər bu texnologiyadan istifadə ölkə miqyasında həyata keçirilərsə hər saatda 15 milyon litr yanacağın tullantılarının atmosferə buraxılmasının qarşısını almaq üçün və həmçinin səyyar mətbəxlərin sahiblərinə enerji xərclərini 20% azaltmaq üçün kömək edə bilər. Həm ətraf mühit, həm də iqtisadiyyat üçün sərfəlidir!

XS
SM
MD
LG