Accessibility links

Səfir Ağasəlim Şükürov: Liviyada vəziyyət ağır olaraq qalır


Səfir Ağasəlim Şükürov: Liviyada vəziyyət ağır olaraq qalır

Səfir Ağasəlim Şükürov: Liviyada vəziyyət ağır olaraq qalır

Liviyada akkreditasiyadan keçmiş xarici ölkə səfirliklərinin əksəriyyəti artıq öz fəaliyyətlərini dayandırıb. Türkiyə, Ukrayna, Belarus, Rusiya, İordaniya, Mərakeş, Serbiya və bəzi başqa ölkələrin səfirlikləri isə hələ də öz işlərini davam etdirirlər.

Azərbaycan Liviyadakı səfirliyinin əməkdaşlarının təxliyə olunmasına ehtiyac duymur və diplomatik missiya adi rejimdə işini davam etdirir. Bu barədə martın 24-də Trend Agentliyinə Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov bildirib.

"Burada vəziyyət ağır olaraq qalır. Lakin diplomatik missiya adi rejimdə fəaliyyət göstərir", - deyə cənab Şükürov bildirib.

Onun sözlərinə görə, hazırda diplomatik nümayəndəlikdə səfir də daxil olmaqla dörd nəfər çalışır.

Liviyada akkreditasiyadan keçmiş xarici ölkə səfirliklərinin əksəriyyəti artıq öz fəaliyyətlərini dayandırıb. Türkiyə, Ukrayna, Belarus, Rusiya, İordaniya, Mərakeş, Serbiya və bəzi başqa ölkələrin səfirlikləri isə hələ də öz işlərini davam etdirirlər.

Bir müddət əvvəl Liviyadakı bütün Azərbaycan vətəndaşları bu ölkədən təxliyə olunub.

XS
SM
MD
LG