Accessibility links

Səfir Brayza Amerika səfirliyinin Facebook səhifəsini elan edib


Səfir Brayza Amerika səfirliyinin Facebook səhifəsini elan edib
Səfir Brayza Amerika səfirliyinin Facebook səhifəsini elan edib

Səfir Brayza bildirib ki, “Facebook və digər sosial media vasitələri bütün yaşlardan olan insanların fikirlərini bölüşmək və əlaqələr qurmaq üçün önəmli vasitəyə çevrilib.

ABŞ səfiri Metyu Brayza bu gün WeBlog2 İrəli gənclər qrupunun üzvləri ilə İrəli İctimai Birliyinin Gənclik Mərkəzində görüş zamanı Səfirliyin Facebook səhifəsini elan edib. Facebook səhifəsi bu ünvanda yerləşir: www.facebook.com/baku.usembassy.

Səfir Brayza bildirib ki, “Facebook və digər sosial media vasitələri bütün yaşlardan olan insanların fikirlərini bölüşmək və əlaqələr qurmaq üçün önəmli vasitəyə çevrilib. “Azərbaycanda gənclər və bütün yaşlardan olan vətəndaşların öz fikirlərini ifadə etmək üçün misilsiz imkanlara malik olduğu bir vaxtda, səfirlik Azərbaycanda yeni media layihələrinin güclü tərəfdarıdır. Səfirliyin Facebook səhifəsini elan etməklə biz, cəmiyyətin bütün təbəqələrindən olan azərbaycanlılarla ünsiyyət qurulması üçün yeni vasitə yaradırıq”, - deyə o qeyd edib.

Səfir ABŞ səfirliyinin Facebook səhifəsində 10.000-ci tərəfdarı qeydiyyatdan keçdikdən sonra Dell Studio XP5 laptop kompyuterinin qalibini müəyyən etmək üçün lotereya təşkil edəcək.

Səfir Brayza İrəli İctimai Birliyinin mərkəzi qərərgahında gənclər QHT-na rəhbərlik edən, Milli Məclisin üzvü Ceyhun Osmanlı tərəfindən qarşılandı.

Səfir İrəli İctimai Birliyinin bloqçuları ilə bir sıra məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının dəstəklənməsinə özünün güclü marağı, təhlükəsizlik və enerji məsələləri üzrə davamlı əməkdaşlıq, habelə ABŞ-ın Azərbaycanda iqtisadi və demokratik islahatlara dəstəyini müzakirə edib

Səfir Brayza həmçinin veb vasitəsilə informasiyaya məhdudiyyətsiz çıxışın mühafizəsinin əhəmiyyətini qeyd edib. “Prezident Barak Obama və dövlət katibi Hillari Klinton İnternet azadlığını xüsusilə vurğulayıb”, - deyə səfir xatırladıb.

XS
SM
MD
LG