Accessibility links

ABŞ-ın Fransadakı səfirliyinin iki işçisi tibbi müayinədən keçməli olub


Şübhəli məktubu poçt qəbuluna nəzarət edən şöbənin işçiləri müəyyən edib və məktuba toxunan işçilər zəhərlənməyə qarşı müayinə olunub

ABŞ-ın Fransadakı səfirliyi bilidirib ki, səfirliyin azı iki işçisi şübhəli məktuba əllə toxunandan sonra tibbi müayinədən keçməli olub. Lakin ilkin təhlillər məktubun zərərsiz olduğunu göstərib. Səfirliyin sözcüsü Pol Patin bu gün Parisdə müxbirlərə deyib ki, şübhəli məktubu poçt qəbuluna nəzarət edən şöbənin işçiləri müəyyən edib və məktuba toxunan işçilər zəhərlənməyə qarşı müayinə olunub. Səfirliyin bəyanatında məktubun hazırda laboratoriyada yoxlanıldığı qeyd edilir. Fransa rəsmiləri hadisə ilə bağlı təhqiqiat aparır. Səfirlik fəaliyyətinə davam edir.

XS
SM
MD
LG