Accessibility links

Şahin Xiyavlı: Səid Mətinpurun müvəqqəti evə buraxılması səhhəti ilə bağlı olub


Şahin Xiyavlı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:19 0:00

Tehranın Evin həbsxanasında saxlanan tanınmış güneyli siyasi məhbus Səid Mətinpur iyulun 28-də beş ildə həbsdə olduğu müddətdə ilk dəfə olaraq evə buraxlılıb.

Jurnalist, yazar və hüquq müdafiəçisi olan Səid Mətinpur 2007-ci ildə Zəncanda həbs edilib. Norveç paytaxtı Osloda yaşayan güneyli fəal Şahin Xiyavlı Amerikanın Səsinə Skype vasitəsilə müsahibə zamanı Səid Mətinpur və digər azərbaycanlı siyasi məhbusların durumu ilə bağlı son məlumatları şərh edib.

Şahin Xiyavlı tanınmış siyasi məhbusun azad edilməsini onun səhhətində problemlərlə əlaqədar olduğunu bildirib.

“Səid bəyin əvvəllər də səhhəti ilə bağlı çox ciddi və narahat doğuran durumu mövcud idi. Ailəsi dəfələrlə bel nahiyəsi, mədə və baş ağrıları ilə əlaqədar onun müalicə olunmasına ehtiyac olduğunu bildirmişdi. Lakin beş il ərzində Səid bəyin nə həbsxanadan çıxması, nə də həkim tərəfindən müayinə edilməsinə icazə verilməmişdi”-deyə Şahin Xiyavlı bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG