Accessibility links

Hacı Şahin Həsənli: Yaslarda ehsan şəriət nöqteyi-nəzərindən bəyənilməyən bir əməldir [Audio]


Mənəvi Dünya İctimai Birliyinin sədri Amerikanın Səsinin suallarını cavablandırıb

please wait

No media source currently available

0:00 0:04:14 0:00
Direct link

Sual-Azərbaycanda yas mərasimlərində yemək vermək qadağan edilib. Hökumətin birbaşa müdaxiləsi ilə? Bu, nə qədər düzgündür?

Cavab-Din xadimləri, habelə Qafqaz Müsəlmanları Şurasının belə bir tövsiyə mahiyyətli göstərişi var idi ki, ifrat şəkildə israfçılığa yol verilməməsi üçün məclislərdə ehsanlar verilməsin. Bu həm də şəriət nöqteyi-nəzərindən bəyənilməyən bir əməldir.

Dini qurumlar üzrə dövlət komitəsi də göstərişlərin yalnız və yalnız tövsiyə xarakterli olduğunu vurğulayıb. Qanunvericilikdə hansısa dəyişiklik ediləcəyindən söhbət gedə bilməz. Dövlət xadimləri ilə dini qurumlar birgə insanlar arasında izahat işi aparırlar.

Sual-Hökumət bununla bağlı konkret standartlar - menyu müəyyənləşdirib? Menyuya nə daxildir?

Cavab-Standartlarda çay süfrəsi nəzərdə tutulur. Çay və qənd. Bu, qanun və ya qayda şəklində deyil, tövsiyyə mahiyyətlidir.

Sual- Ehtimal edilir ki, yas məclislərində israfçılığın qarşısının alınması üçün inzibati tədbirlərə də əl atılacaq? Bu tədbirlər nə ola bilər?

Cavab-Bu hamısı ehtimallardır. Heç bir cəza tədbiri nəzərdə tutulmayıb.

Sual-Digər dini tədbirlər buraya daxildirmi?Məsələn imam ehsanı Ramazan və başqaları?

Cavab-Bu qərarın dini ayinlərə heç bir aidiyyəti yoxdur. Istər Məhərrəm ayında imam ehsanı, istər Ramazanda iftar süfrələrinə bu, aid edilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG