Accessibility links

AXCP fəalı Şahin Həsənli vaxtından əvvəl azadlığa buraxılmayıb


AXCP fəalı Şahin Həsənli

AXCP fəalı Şahin Həsənli

Vəkil məhkəmənin qərarını siyasi adlandırıb. “Siyasi məhbuslarla bağlı qərarlar hakimiyyətin iradəsi ilə qəbul edilir”.

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə AXCP fəalı Şahin Həsənlinin həbs cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina edilməsi barədə apelyasiya şikayətinə baxılıb.
Vəkil Əlaif Həsənov bildirib ki, şikayətə baxılması formal olub və hakim heç bir arqument olmadan Qaradağ Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
O, məhkəmənin qərarın siyasi motivli hesab edir. “Məhkəmələr narkotik maddə, qətl ittihamları üzrə mühakimə olunanları çox asan vaxtından əvvəl şərti azadlığa buraxırlar. Siyasi məhbuslarla bağlı qərarlar yalnız hakimiyyətin iradəsi olduğu halda qəbul edilir”, - vəkil vurğulayıb.
O bildirib ki, Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Ş.Həsənli 2011-ci il 2 aprel mitinqi ərəfəsində (31 mart) Şəmkirdə həbs olunub. 2011-ci il iyulun 21-də Şəmkir Rayon Məhkəməsi onu 228.1 maddəsi ilə (odlu silahın, onun hissələrinin, döyüş sursatı, partlayıcı maddələrin qanunsuz saxlanması, gəzdirilməsi, satışı) iki il müddətinə azadlıqdan məhrum edib.
Beynəlxalq Amnesty İnternational hüquq- müdafiə təşkilatı Ş.Həsənlini “vicdan məhbusu” hesab edir.
XS
SM
MD
LG