Accessibility links

İran mənşəli amerikalı Robin Şahini zaminə buraxılıb


O, İranda düşmən ölkə ilə əməkdaşlıq ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrum edilmişdi

İranda düşmən ölkə ilə əməkdaşlıq ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrum edilən İran mənşəli amerikalı Robin Şahini zaminə buraxılıb.

Nyu-Yorkda yerləşən İranda İnsan Haqları Mərkəzinin icraçı direktoru Hadi Qaemi bildirib ki, Şahini 2 milyard rial (62 min dollar) müqabilində zaminə buraxılıb. Onun ölkəni təkr edib-edə bilməyəcəyi məlum deyil.

İran rəsmiləri və dövlət mediası məsələyə münasibət bildirməyib.

BMT-nin İran missiyası və ABŞ Dövlət Departamenti şərh vermək tələbini cavabsız qoyub.

XS
SM
MD
LG