Accessibility links

Bu yaxınlarda hamilə olan məşhur müğənni Şakiranı məhkəmə gözləyir.

Deyilənə görə 35 yaşlı müğənninin keçmiş sevgilisi onu məhkəməyə verib. O, aktrisadan müqaviləni pozduğuna görə 100 milyon dollar tələb edib.

Şakiranın Ötən ay məhkəməyə müraciət eks sevgilisi etiraf edib ki, müğənni onunla görüşməyə başlamazdan əvvəl artıq zəngin idi. Amma əlavə edib ki, onunla bərabər olduğu müddətdə Şakiranın mali durumu müqayisəedilməz dərəcədə yüksəlib.

Onun sözlərinə görə o, gələcək illərdə milyonlarla dollar gətirəcək müqavilənin bağlanmasında fəal iştirak edib. Bundan əlavə o, sonradan hit olan `Hips Don`t Lie` mahnısını ifa etməyə razı saldığını deyib.

Şakira isə narahat görünmür. Müğənni 25 yaşlı futbol ulduzu ilə bərabərdir və özünün ilk övladını gözləyir. Və məhkəməyə dair heç də narahat deyil. Bundan başqa müğənni deyilənə görə növbəti The Voice şousunda Kristina Aqulerianı əvəz edəcək.
XS
SM
MD
LG