Accessibility links


Bu günlər ilk körpəsini dünyaya gətirməyə hazırlaşan məşhur musiqiçi və müğənni Şakira oğlan dostu, futbolçu Jerar Pike ilə çəkdirdiyi foto-şəkillər vasitəsilə UNİSEF təşkilatına yardım kampaniyası aparır. Şakiranın özünün rəsmi veb səhifəsi, habelə UNİSEF-in vebsaytında fotoları yerləşdirilən müğənninin məqsədi uşaqlar üçün maliyyə vəsaiti toplamaqdır.

Şakira artıq bir neçə ildir BMT-nin bütün dünyada uşaqlara yardım təşkilatı olan UNİSEF-in səfiridir. Müğənni ilk körpəsinin gəlişini virtual məkanda bütün dünyada pərəstişkarları ilə bölürək, onları UNİSEF üçün ianə verməyə dəvət edir. 5 dollardan 110 dollara qədər ianələr malyariya xəstəliyinin qarşısının alınması məqsədilə uşaqların üçün miçətkənlərlə təmin edilməsi, habelə poliomielit xəstəliyi əleyhinə peyvəndlər vurulması məqsədilə istifadə ediləcək.

Şakiranın bir-neçə gündən sonra ana olacağı gözlənilir. Onun ilk övladının oğlan olacağı artıq bəllidir. Müğənni körpəni İspaniyada, Barselonada dünyaya gətirəcək.

XS
SM
MD
LG