Accessibility links

Ağ Evdə 100-cü Müxbir Assosiasiyası şam ziyafəti təşkil edilib


Ağ Evdə təşkil edilən 100-cü Müxbir Assosiasiyası şam ziyafətində Vaşinqton və Hollivudun məşhur simaları iştirak edib.

Ənənə üzrə ABŞ prezidenti Barak Obma tədbirdə iştirak edib və öz administrasiya da daxil edilməklə, zarafatla dolu nitq söyləyib.

Obama səhiyyə sığortası veb sahifəsinin problemli başlanğıcına toxunub. O deyib ki, 2008-ci ildə mən “Bəli, biz bacaracağıq” deyirdimsə, 2013-cü ildə mənim şüarım “control, alt, delete”-dir.
ABŞ dövlət başçısı vətəndaşlığını sual altına alan Fox TV tele-kanalı, 2016-cı ildə prezidentlik yarışlarına qatıla biləcək Hillari Klinton haqda da zarafatla danışıb. Prezident deyib ki, FOX, mən getdikdən sonra mənim üçün darıxacaqsan, çünki Hillari Klintonun Keniyada doğulduğunda Amerika ictimaiyyətini innadırmaqda çərinlik çəkəcəksən.

100-cü Müxbir Assosiasiyası şam ziyafətində ABŞ-ın tanınmış simaları arasında Oskar mükafatı lauretatı Lupita Nyong’o, Nyu-Cersi qubernatoru Kris Kristi, baş prokuror Erik Holder, senator Con Makkeyn, Beynəlxalq Valyuta Fondunun direktoru Kristina Laqard, basketbol ulduzu Kərim Əbdül-Cabbar və digərləri olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG