Şanxay sularından çıxarılan ölmüş donuzların sayı 6000-ə çatıb. Yerli rəsmilər ölü donuzların Çin şəhərinin əsas içməli su mənbəyinə necə düşdüklərini araşdırır.
Bu gün dövlət mətbuatı Huanqpu çayından çıxarılmış donuzların sayının iki gündə iki qat artdığını deyib.
Şanxay rəsmiləri heyvanların bəzilərinin qulağındakı birkaların onların qonşu Zejianx vilayətindəki fermalara məxsus olduqlarına işarə olduğunu deyib.
Lakin Zeijax heyvandarlıq və baytarlıq rəsmisi Xianq Hao birkaların göstərici olmadığını deyib. O, iddia edir ki, birkalar sadəcə donuzların doğulduğu yerin göstəricisidir.
Donuzların ölməsi müəmmalı olaraq qalır. Amma onların bəzilərində donuz sirkovirus xəstəliyi aşkar edilib. Bu növ donuz xəstəliyi insanlar üçün təhlükə törətmir.