Accessibility links

Şəriət qanunlarının tətbiqi ən az Azərbaycanda arzulanır


Rəy sorğularına görə, dünya müsəlmanlarının əksəriyyəti yaşadıqları ölkələrdə şəriət qanunlarının tətbiqinin tərəfdarıdır. Lakin onlar eyni zamanda digər dinlərin nümayəndələrində də azadlıq verilməsini istəyir.

Pyu Araşdırma Mərkəzi müsəlmanların çoxluq və azlıq təşkil etdiyi ölkələrdə 38 min insanla müsahibələr keçirib. Sorğuların məqsədi müsəlmanlarn dini və siyasi baxışlarının müəyyən edilməsi olub. Bəlli olub ki, Yaxın Şərq ölkələrində hər 10 müsəlmandan 6-sı, Afrikada isə hər 10 müsəlmandan 8-i qanunların şəriətə əsaslanmasının tərəfdarıdır. Əfqanıstanda bu göstərici 99 faiz təşkil edir.



Şəriət qanunlarının tətbiqi ən az Azərbaycanda arzulanır. Ölkə əhalisinin yalnız səkkiz faizi qanunun dinə əsaslanmasının tərəfdarıdır.

Pyu Araşdırma Mərkəzinin tədqiqatçısı Cim Bell bu həssas mövzuda sorğu keçirilməsinin asan olmadığını deyir: “Sorğulardan islam qanunlarının tətbiqinə inamın açıq-aydın göründüyü sezilir.”

Lakin onun dediyinə görə, cavablardan doğan spesifik suallar şəriət barədə düşüncələrin nə qədər fərqli olduğunu göstərir. Onlar şəriəti məişət və ailədaxili mübahisələrin həllində yararlı hesab edirlər. “Regionda və ölkələrin əksəriyyətində insanlar şəriətdən kriminal cəzalandırmada istifadə edilməsinin və ya dinini dəyişən müsəlmanlara ölüm hökmü verilməsinin əleyhinədir."

Regionda və ölkələrin əksəriyyətində insanlar şəriətdən kriminal cəzalandırmada istifadə edilməsinin və ya dinini dəyişən müsəlmanlara ölüm hökmü verilməsinin əleyhinədir.
Cim Bell
Bellin dediyinə görə, şəriətin dəstəklənməsinə baxmayaraq, qanunlar qeyri-müsəlmanlara tətbiq edilmir və bir çox ölkələrdə qeyri-müsəlamanların din azadlığı tam şəkildə təmin edilir.

Tədqiqatçılar sorğunun nəticələrini daha əvvəl keçirilən sorğularla müqayisə edib. Belə məlum olub ki, Amerikada yaşayan müsəlmanlar digər dinlərin təmsilçiləri ilə asanlıqla dostluq əlaqələri qura bilir. Onlar hesab edir ki, cənnətdə əbədi həyatı digər dinlər də təmin edir.

Misirli müsəlmanların 96, pakistanlı müsəlmanların 92 faizi isə islamın həqiqi yeganə din olduğuna inanır.
XS
SM
MD
LG