Accessibility links

Pakistan silahlı qüvvələrinin yeni başçısı təyin edilib


Pakistan ölkədə ən mühüm vəzifələrdən biri olan ölkənin silahlı qüvvələrin başçısı vəzifəsinə general Rahel Şərifi təyin edib.

Baş nazir Nəvaz Şərifin ofisi yeni təyinatla bağlı bəyanat verib. General Şərif çərşənbə günündən vəzifəsinin icrasına başlayacaq. Baş nazir Nəvaz Şərif və general Rahel Şərif arasında qohumluq əlaqəsi yoxdur.

General Şərif altı il ölkənin hərbi qüvvələrinə başçılıq etdikdən sonra istefaya gedən general Əşfaq Kəyanini bu vəzifədə əvəz edəcək.

Cənab Şərif Taliban yaraqlıları ilə mübarizənin davam etdiyi, Pakistan və Hindistan arasında münasibətlərin gərgin qaldığı və NATO qoşunlarının 12 ildən sonra qonşu Əfqanıstandan çıxarılmağa başladığı bir vaxt ölkənin silahlı qüvvələrinin komandanı təyin edilib.

Rahel Şərif Pakistanda tanınmış hərbiçilərin ailəsindəndir. Onun müharibə qəhrəmanı olan böyük qardaşı 1971-ci ildə Hindistanla müharibə zamanı göstərdiyi şücaətə görə Pakistanın ən yüksək hərbi mükafatına layiq görülüb. Şərifin özü Talibanla mübarizədə Pakistanın siyasətini formalaşdırmaqda mühüm rol oynayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG