Accessibility links

Avstraliyada köpək balığı 29 yaşlı sörferin ayağını qoparıb


Avstraliyanın şimalında 29 yaşlı sörferin köpək balığının hücumu zamanı ayağını itirməsindən sonra vəziyyəti ağırdır.

Xilasedicilər çərşənbə axşamı hadisənin baş verdiyi Pert şəhərinin yaxınlığında Mandura şəhərinin Falkon çimərliyində üç metr uzunluğunda böyük ağ köpək balığı gördüklərini iddia edir.

Şahid Natan Hondros gördüklərini təsvir edib.

"O, huşsuz idi. O, ayağını dizdən bir qədər yuxarıdan itirmişdi. Dəhşətli görüntü idi. Çimərlikdə bir çox insanlar narahat olmuşdu. Hadisə baş verən an suda onunla bərabər bir çox uşaq sörfinq edirdi. Ona görə də baş verənləri müşahidə etmək olduqca çətin idi"- deyə Natan Hondros bildirib.

Hondros deyib ki, digər iki sörfer onun köməyinə gələrək onu sahilə çıxarıb. Hadisə qurbanı Royal Pet xəstəxanasına çatdırılıb.

Hadisədən bir qədər sonra yerli mətbuat hadisə baş vermis ərazidə rəsmilərin böyük köpək balığının tutulduğunu bildirib. Amma bunun həmin köpək balığı olub-olmadığı məlum deyil.

Falkon çimərliyi müvəqqəti bağlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG