Accessibility links

Afrikanın məşhur Şi yağı [Video]


Afrikanın məşhur Şi yağı
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Kosmetika məmulatlarından tutmuş yemək bişirilməsinədək hər sahədə istifadə edilən Şi yağından dünya boyu istifadə edilir. Şi ağacının qozlarından istehsal edilən və Afrikada “qadın qızılı” adlanan bu bitki sahil boyu milyonlarla qadını gəlirlə təmin edir.

Fil Dişi Sahilinin şimalıda hər il olduğu kimi bu il də şi məhsulunu toplama mövsümüdür. Alis Kon yerə tökülən meyvələri toplayır. O, nənəsinin öyrətdiyi kimi, ləpələri ənənəvi üsulla emal edir. Şi yağını əldə etmək və yerli bazarda satmaq üçün o, saatlarla ağır əmək sərf edəcək. “Bəzən şi yağından yaxşı gəlir əldə edirik. Lakin məhsul yaxşı olmayanda biz fərqli məhsullar satmalı oluruq.”

Fil Dişi Sahilində Alis kimi bir çox qadın azad şəkildə şi istehsalı ilə məşğul olur və məhsulunu yerli bazarlarda satır. Lakin şi yağına tələbat əsasən beynəlxalq səviyyədədir, belə ki, bu yağdan kosmetika məmulatlarının hazırlanmasında və şokoladdakı kakao yağını əvəz etmək üçün istifadə edilir.

Qonşuluqdakı Burkino-Faso və Qana da bu sahədə dünyanın aparıcı ixracatçısıdır. Burkina-Faso şidən ildə təxminən 33 milyon dollar əldə edir. Fil Dişi Sahili də ona çatmağa çalışır.

Bu kənddə şi məhsulu yığan qadınlar qrup şəklində işləyir. “Qrup şəklində işləyəndə çox ideyalar olur və bizə maliyyə cəhətdən yardım edənlər də köməyə gəlir. Bizə edilən maliyyə yardımı ilə biz anbar da tikdik. Əgər sən tək işləsən sənə heç kim yardım etməyəcək. Onlar hər qadın üçün ayrıca anbar tikə bilməz” deyə, kənd sakini Ahua Kulibeyli bildirir.

Bəzi bölgələrdə şi ağacının yeni növləri əkilir. Belə ki, belə ağaclar yabanı şəkildə bitən ağaclardan daha məhsuldar olur. Burada mexaniki emal bölmələri də var. İki il əvvəl hökumət Əli Keytanın başçılığı ilə şi yağı emalının iş strukturunu yaradıb. “Güclü kooperativ strukturumuz olsa bizim Çində, Avropada və Birləşmiş Ştatlarda müştərilərimiz olar. Əgər biz peşəkar səviyyədə təşkilat qura bilsək, bizim ölkə şi yağını beynəlxalq səviyyədə ixrac edə bilər.”

Əli Keyta şi yağı istehsal edən ölkələrlə də əməkdaşlıq etməyə çalışır.

XS
SM
MD
LG