Accessibility links

Əl-Şəbab Keniyada daha bir “qan gölü” vəd edib


Keniya universitetində 148 nəfərin qətlinin məsuliyyətini üzərinə götürən Əl-Şəbab qrupu daha bir “qan gölü” vəd edib.

Qrupun bəyanatında deyilir ki, heç bir təhlükəsizlik tədbiri sizi xilas edə bilməyəcək, Keniyanın bütün şəhərləri qanla örtüləcək.

Keniyanın daxili işlər naziri Cozef Nkaisseri 3 şübhəlinin artıq nəzarət altına alındığını bildirib.

Garissa universitetində öldürülənlərin cəsədləri kimliklərinin müəyyən edilməsi üçün paytaxta daşınıb.

Əl-Şəbab yaraqlıları cümə axşamı səhər tezdən universitetə hücum edərək, insanları atəşə tutub. Şahidlərin dediyinə görə, daha sonra onlar xristianları hədəf alaraq, bəzi müsəlmanları azad edib.

15 saat sürən atışmadan sonra təhlükəsizlik qüvvələri 500-dən artıq tələbəni xilas etməyə nail olub.

ABŞ prezidenti hücumu qorxunc bir hadisə adlandırıb. Kenya prezidentinə telefonla başsağlığı verən Barak Obama iyul ayında Nayrobiyə səfər edəcəyini bildirib.

Keniya hökuməti hücumun arxasında duran Məhəmməd Mohamud Kuno barədə məlumat verənə 200 min dollar məbləğində mükafat vəd edib.

Keniya prezidenti Uhuru Kenyatta ölkədə birliyə, sülh və sabitliyin qorunub saxlanmasına səsləyib. Televiziya ilə çıxışı zamanı dövlət başçısı 3 günlük matəm elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG