Accessibility links

İsmayıllı hadisələrinə görə ittiham olunanların məhkəməsi davam edir


Şəki məhkəməsinin qarşısı
Şəki məhkəməsinin qarşısı

Şahidlər REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunu hadisələr zamanı görmədiyini deyib

Yanvarın 21-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam edib.
Saat 13.00-dək 21 şahid dindirilib.

Şahidlər REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və müttəhimlərin heç birini hadisələr zamanı görmədiyini deyib.

2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" hotelinin inzibatçısı Emil Şəmdinov və tanışı Elməddin Məmmədov sərxoş vəziyyətdə özgənin əmlakını zədələyib və qərəzli xuliqanlıq hərəkətləri edib.

Hadisə yerinə toplaşmış bir qrup şəxs həmin şəxslərin hərəkətlərinə dözməyərək "Çıraq" hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə, daha sonra etirazlar edib. Etirazlar yanvarın 24-də yatırdılıb. 18 nəfər həbs edilib.

Həbs olunanlar arasında etirazlar yatırıldıqdan sonra İsmayıllıya getmiş müxalif REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu da var.

Tofiq Yaqublu, İlqar Məmmədov, həmçinin İsmayıllı rayon sakinləri Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

Məhkəmə günortadan sonra şahidlərin dindirilməsi ilə davam edəcək. İş üzrə 100-dən çox şahid var.

Məhkəmə noyabrın 4-də başlayıb.
XS
SM
MD
LG