Accessibility links

Qərbyönümlü belarus jurnalist Pavel Şeremet Ukrayna paytaxtında idarə etdiyi avtomobilin partlayışı səbəbi ilə həlak olub.

Ukraynanın aparıcı online xəbər saytı olan “Ukrayinska Pravda”-nın verdiyi məlumata görə, hadisə 44 yaşlı Sheremet səhər 7:45-də ofisinə gedərkən baş verib. Maşın onun partnyoru, “Ukrayinska Pravda”nın sahibi Olena Prıtulaya məxsus olub.

Ukraynanın baş prokuroru Yuriy Lutsenko Facebook səhifəsində Şeremetin ölümünü “qətl” adlandırıb. O deyib ki, maşın “partlayıcı qurğu ilə” partladılıb və bütün dəlillər bunun sui-qəsd olduğunu göstərir.

Prezident Petro Poroşenko cinayətin dərhal araşdırılmasına göstərişi verib.

Minskdən olan Şeremet 5 il idi Kiyevdə işləyirdi. O, “Radio Vesti”nin də aparıcısı idi.

Jurnalistə Ukraynada böyük ehtiram göstərilirdi.

İnsan haqları fəalı olan Şeremet 1997-ci ildə Belarusda həbsə atılıb.

O, prezident Aleksandr Lukaşenkonun sərt tənqidçisi olub.

“Ukrayinska Pravda”nın baş redaktoru Sevgil Musayeva-Borovık AzadlıqRadiosuna deyib ki, jurnalistin ölümünə peşəkar fəaliyyətinin səbəb olduğunu düşünür.

XS
SM
MD
LG