Accessibility links

Hollivud bəstəkarları - Şerman qardaşları [Video]


Bəsətkar Riçard Şerman qardaşı Robertlə birlikdə 1964-cü ildə “Meri Poppins” filminə partitura yazıb, Bundan əlavə onlar onlarla Disney filmələri və televiziya tamaşalarına musiqi bəstələyib.
“Çim-çim çir” adlı mahnılarına görə qardaşlar Oskar mükafatına layıq görülüb. Bundan sonra isə onlar Disneyin “dünya kiçikdir” filminə musiqi bəstələyiblər. Qardaşlardan biri. Robert Şerman iki il əvvəl vəfat edib. Lakin bu yaxınlarda Hollividin “İncəsənət Şurası” Riçard Şermanın işini yüksək qiymətləndirib.

Riçard Şerman məşhurluğunu Disney filmlərinin arxasında duran şəxsə borclu olduğunu deyir. “Mən Uolt Disney kimi dahilərlə işlədiyimə görə özümü çox şanslı hiss edirəm.”

Şerman qardaşlarının əsərlərinin əksəriyyəti valehedicidir. Bütün musiqi sevərlər kimi Riçard Şerman da musiqinin daim onun beynində səsləndiyini deyir. “Təkcə özümün bəstələdiyim deyil, Kol Prterin, İrvinq Berlinin, Gerşvinin də musiqiləri. Yəni gözəl musiqi çoxdur. Mən onların hamısını sevirəm.”

Tənqidçi Leonard Maltini də Şerman qardaşlarının musiqisini yüksək qiymətləndirir.
“Onlar pozotov düşüncəli insanlardır.Nikbinlik onların bütün mahnılarında biruzə verir. Mənim fikimcə uzun illər davam edən fəaliyyətlərinin də səbəbi elə budur.

Riçard Şerman bu gün də gənc nəslə öz musiqisi ilə ilham verir.
XS
SM
MD
LG