Accessibility links

Şimali Koreyada hazırkı prezident Kim Yonq Unun babası, ölkənin əsasını qoymuş Kim İr Senin anadan olmasının 105 illiyi münasibətilə hərbi paradda yeni hərbi texnika nümayiş etdirib.

Silah ekspertləri nümayiş etdirilmiş bəzi raketlərin yeni tipli ballistik raketlər olduğuna inanır. Onların bildirdiyinə görə, buraya sualtı qayıqdan atılan və buna görə də onun aşkar edilməsini çətinləşdirən qatı yanacaqla işləyən raketlər də daxildir.

Təhlilçilər həmçinin raketlər arasında ABŞ-ın Quamdakı hərbi hava bazasına çata biləcək orta mənzilli raketlərin də olduğunu deyir.

Pxenyan son zamanlar Vaşinqtona qarşı hədələrlə çıxış edir.

Şimali Koreya ABŞ-ı vura biləcək raket istehsal etdiyini bildirib. Lakin rəsmilərin sözlərinə görə, raketin belə bir qabiliyyətə malik olması üçün onun inkişaf etdirilməsi vaxt tələb edir. Bununla belə, Şimali Koreya ordusunun rəsmisi Birləşmiş Ştatlara hər hansı bir provokasiyaya cavab veriləcəyi ilə hədələyib.

“Bizim ABŞ və onun vassal qüvvələrinə qarşı əks-tədbirimiz elə amansız olacaq ki, təcavüzkarlar sağ qurtulmayacaq,” deyə Koreya Xalq Ordusunun Baş Qərargah sözçüsü bəyan edib.

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın Birləşmiş Ştatların təhlükəsizliyinə birbaşa təhlükə yaradaraq, uzun mənsilli raket istehsalı qabiliyyətinin qarşısını almağı əsas prioritetlərdən birinə çevirib.

Tramp eyni zamanda, Çinin Şimali Koreyanı cilovlamaq məqsədilə daha artıq iş görməsi üçün təzyiq göstərir. Şimali Koreyanın nüvə təhlükəsi keçən həftə Trampın Florida ştatında Mar-a-Laqodakı iqamətgahında Çin prezidenti Şi Tsinpinlə zirvə görüşü zamanı müzakirələrin diqqət mərkəzində olub. Tramp Pxenyanın nüvə proqramının qarşısını almaq üçün Çinə daha əlverişli ticarət şərtləri təklif edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG