Accessibility links

BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya sanksiyalar tətbiq edəcək


Birləşmiş Millətlər Təşkilatıının Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqinə qərar verib. Şuranın növbədənkənar sessiyasından sonra bildirilib ki, bu ölkənin əməli beynəlxalq sülh və sabitliyə birbaşa hədə törədir.

Qurum sınağın şuranın qətnamələrinə zidd olduğunu bildirib.

Çərşənbə günü Şimali Koreya hidrogen bombasını “müvəffəqiyyətlə” sınaqdan keçirdiyini bildirib. Bu addım dünya qüdrətlərinin tənqidlərinə səbəb olub.

ABŞ-ın Geoloji Araşdırmalar qurumu Punggyeriyə yaxın bir yerdə 5.1 bal gücündə zəlzələnin qeydə alındığını bildirib. Şimali Koreya bu ərazidə 2006, 2009 və 2013-cü illərdə də nüvə sınaqları həyata keçirib. Bomba sınağının yaratdığı yeraltı titrəyişlər şimal-şərqi Çində, Şimali Koreya ilə sərhəddə hiss olunub.

Bomba sınağı Cənubi Koreya və Yaponiyada təcili milli təhlükəsizlik görüşlərinə səbəb olub ki, bu görüşlər zamanı hər iki ölkə başçısı Pxenyanın bu addımını pisləyib.

“İndi bizim hökümət Şimali Koreyanın əlavə təxribatlarına qarşı tədbirlər görməli və beynəlxalq ictimaiyyətlə iş birliyi quraraq, təcrid olunmuş bu ölkənin son nüvə sınağına görə cavab verməsini təmin etməliyik,” deyə Cənubi Koreya prezidenti Park Geun-hye bildirib.

“Şimali Koreyanın nüvə sınağı bizim ölkəmizə ciddi təhlükədir. Biz buna dözə bilmərik və bu addımı şiddətlə qınayırıq. Bu, Birləşmiş Millətlər Təşkilatıının Təhlükəsizlik Şurasının qətnaməsinin ciddi bir şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, bizim ölkəmiz gələcəkdə Birləşmiş Ştatlar, Cənubi Koreya, Çin və Rusiya ilə əməkdaşlıq edərək bir sıra tədbirlər görəcək,” deyə Yaponiyanın baş naziri Şinzo Abe bildirib.

Bir aydan bir az öncə isə Şimali Koreya rəhbəri Kim Conq Un ölkəsinin hidrogen bombası hazırladığını bildirimişdi. Birləşmiş Ştatlar və digər ölkələr isə bu iddianı əsassız adlandırmışdı.

Hidrogen boması, başqa sözlə desək termonüvə bombası, nüvə bombasından daha güclüdür.

Vaşinqtonda çərşənbə günü Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Price Ağ Evin sınağın həqiqətən də həyata keçirilib-keçirilmədiyi təsdiq edə bilmədiyini, lakin ABŞ-ın davamlı olaraq nüvə silahı olan bir Şimali Koreyanı qəbul etməyəcəyini bildirdiyini deyib.

Britaniya və Fransa da həmçinin Şimali Koreyanı nüvə proqramına son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozduğuna görə Pxenyanı qınayıb. 15 üzvlük qurum çərşənbə günü bu məsələni müzakirə etmək üçün bir araya gələcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG