Accessibility links

Şimali Koreyada bazar ertəsi 10 saatdan artıq internet işləmədiyindən sonra çərşənbə axşamı internet bərpa olunub. Bu hal ABŞ-ın Pxenyanı ötən ay Sony Pictures-a qarşı olunan kiber hücumunda ittiham etməsindən sonra baş verib. Amerikanın Səsinin müxbiri Viktor Betti Vaşinqtonun prezident Obamanın kiber-vandalism adlandırdığı akta qarşı tədbirlər alacağını bildirir.

Bütün dünyada yüz minlərlə kompyuter şəbəkəsinin bağlantı və səmərəliyinə nəzarət edən Nyu Hempşir ştatında fəaliyyət göstərən Dyn Research şirkəti 24 saat davam edən qeyri-sabitlikdən sonra bazar ertəsi Şimali Koreya 9 saat yarım internetsiz qalıb. Onlar yeganə internet provayderi, China Unicom-dan asılı olan Şimali Koreyanın dörd şəbəkəsinin söndüyünü bildiriblər.

Şirkət qeyd edib ki, bu hal gözlənilməz deyil, çünki “ölkənin qlobal internetə bağlantısı çox zəifdir”. Onlar bildirib ki, məhdud beynəlxalq bağlantısı olan ölkələrin ölkə üzrə bağlantılarının kəsilməsi normal haldır.

İnternet bağlantısının kəsilməsinin kiber-hücumun nəticəsi olduğu məlum deyil. Prezident Obama ötən ay Şimali Koreyanın Sony Pictures-i xakerliyə məruz qoymasının çox ciddi bir hal adlandlrlb və bunun onlara baha başa gələcəyini, lakin bunun müharibə aktı olmadığını bildiirb. Cənab Obama kiber-vandalizmin müvafiq şəkildə cavablandırılacağını qeyd edib.

Sony dekabrın 25-i İntervyu filmini ərsəyə buraxmağa hazırlaşırdı. Film Şimali Koreya lideri Kim Conq Unu öldürmək məqsədi ilə Mərkəzi Kəşfiyyat Agentliyi tərəfindən cəlb olunan iki jurnalist barədədir. Ötən həftə Hollivud studiyası təhdidlərdən sonra filmi kinoteatrlardan geri çəkməyə qərar verib.

Pxenyan filmi terror aktı olmaqda ittiham edir, amma kiber-hücumla əlaqəsi olmadığını bildirir. Lakin onlar, xakerliyin Şimali Koreyanın dəstəkçiləri tərəfindən icra oluna biləcəyini qeyd edib. Sülh Qəyyumları adlı qrup məsuliyyəti öz üzərinə alıb.

Bazar ertəsi ABŞ Dövlət Departamentinin sözçüsü Meri Harf ABŞ hökümətinin internet bağlantısının kəsilməsindəki iştirakı ilə bağlı şərhini bildirib.

“Prezidentin dediyi kimi, biz cavab olaraq bir sıra tədbiri nəzərdən keçiririk. Biz görəcəyimiz tədbirlərin detallarını açıq şəkildə müzakirə etmək və ya bu cür bəyanatlara cavab vermək niyyətində deyilik, amma yalnız bir şeyi qeyd etməliyik ki, biz tədbirlər gördüyümüz müddətdə siz bəzilərini biləcək və görəcəksizniz bəzilərini isə yox”.

Xanım Harf Şimali Koreyanın ABŞ-ın kiber-hücum ittihamına görə üzr tələb etməsini də şərh edib:

“Federal İstintaq Bürosu və prezidentin də bildirdiyi kimi, biz Şimali Koreya hökümətinin bu destruktiv hücuma görə cavabdeh olduğuna inanırıq. Biz bu qənaətdəyik. Şimali Koreya höküməti tarixən destruktiv və təxribatçı əməllərinə görə məsuliyyətini inkar edib, və indi də bizə kömək etmək istəyirsə, təqsirini etiraf edərək Sony-yə verdiyi zərərə görə təzminat ödəyə bilər”.

Vaşinqtonda fəaliyyət göstərən Koreya İqtisad İnstitutunun əməkdaşı Troy Stanqaron ABŞ-ın Pxenyana qarşı cavab hücumunda iştirakını istisna edir, lakin bu hücumun Anonymous qrupu kimi xakerlər tərəfindən icra edilə biləcəyini bildirir:

“Bu hökümətin edəcəyi hücumdan çox Anonymous kimi qrupun edə biləcəyi hərəkətə oxşayır. Lakin yenə də bunun kimin etdiyini öyrənmək çətin olacaq. Və mən düşünürəm ki, bu addım ABŞ hökümətinin cavab olaraq atacağı addımdan çox ictimaiyyətə açıq hərəkət oldu. Bir tərəfdən də düşünürəm ki ABŞ höküməti Şimali Koreyaya bu cür hərəkətlərin maliyyəti olacağı siqnalını göndərmək istəyir, amma bu cür açıq-aşkar şəkildə deyil. Çünki belə olsa Şimali Koreya cavab verərək, vəziyyəti kəskinləşdirə bilər”.

İnternet xəbər saytı Ars Technica-nın verdiyi məlumata əsasən Anonynous qrupu Sony-nin İntervyu filmini geri çəkəməsi ilə bağlı narahatlığını ifadə edib. Onlar həmçinin bildiriblər ki, Lizar Squad adlı xaker qrupu Şimali Koreaynın kompyuter şəbəkələrinin bağlantılarını kəsməsi məsulliyətini üzərinə alıb.

Ars Technica həmçinin bildirir ki, Çin də öz maraqlarına zidd hesab edsiyi gələcək Şimali Koreya hücumlarının qarşısını almaq üçün internet bağlantılarını kəsməyə cəhd etmiş ola bilər.

Reuters Obama adminsitrasiyasının yüksək vəzifəli rəsmisindən sitat gətirərək bildirib ki, ABŞ Çindən Şimali Koreyanın istifadə etdiyi ruter və serverlərin bağlanmasına və xakerlərin müəyyən edilməsinə yardım etməsini istəyib. Stanqaron bu tələbin münasib olduğunu bildirir:

“Şimali Koreya internətə yalnız Çin vasitəsi ilə bağlanır. Və bu, o deməkdir ki, bizim edəcəyimiz hər bir hücum Çin vasitəsi ilə olmalıdır. Bu isə bizim bu işdə Çinlə nə cür münasibətlər quracağımız barədə suallar yaradır”.

Çərşənbə axşamı Çin xarici işlər naziri Şimali Koreyanın internetinin kəsilməsində Çinin iştirakı bəyanatlarını “məsuliyyətsiz” adlandırıb. Dövlət tərəfindən idarə olunan China Daily qəzeti Pekinin kiber-hücumun hər bir növünün əleyhinə olduğunu və Sony Pictures-in xakerliyə məruz qalması ilə bağlı son qərarını açıqlayacağını bildirib. China Daily ABŞ-ın Pxenyanın kiber-hücumdakı iştirakı ilə bağlı əllə tutulan sübut təqdim etməsini istəyir.

Digər bir məqalədə China Daily "İntervyu" filmini pisləyərək onu tez pul qazanmağın dərdində olan yumoristik heyət tərəfindən yazılan uğursuz və irqçi film adlandırırıb.

XS
SM
MD
LG