Accessibility links

Şimali Koreya Punqqye-ri nüvə obyekti yaxınlığında seysmik aktivliyə nüvə sınağının səbəb olduğunu təsdiq edib.

Şimali Koreya-nın dövlət televiziyasında Nüvə Silahları Tədqiqatları İnstitutuun nüvə sınağının müvəffəqiyyətlə başa çatdığı haqda bəyanatı oxunub. Bəyanatda müxtəlif tipli raketlərdə istifadə edilmək üçün nüvə başlığının qabiliyyətinin müəyyən edilməsi məqsədilə müvəffəq nüvə sınağının keçirildiyi bildirilir.

Pxenyan beynəlxalq icitmiayyəti nüvə sınağı keçirmək planları ilə bağlı əvvəlcədən məlumatlandırmayıb.

Sentyabrın 9-u Şimali Koreyanın yaranmasının 68-ci ildönümü qeyd edilir. Pxenyan əvvəllər də bu günü nüvə və raket sınaqları keçirərək qeyd edib.

Şimali Koreyanın dövlət televiziyasında nüvə sınağının keçirilməsi elan edilir

Şimali Koreyanın dövlət televiziyasında nüvə sınağının keçirilməsi elan edilir

Cənubi Koreya prezidenti Bak Qın He Şimali Koreyanın BMT-nin sanksiyalarını pozaraq beşinci nüvə sınağını keçirməsini qınayıb. Laosda ASEAN ölkələrinin sammitində iştirak edən prezident Park bunu “nüvə təhriki” adlandırıb. Cənubi Koreya prezidenti vəziyyəti izləmək üçün ASEAN sammitini daha əvvəl tərk edəcək.

Yaponiyanın Baş naziri Şinzo Abe nüvə sınağının “tamamilə yolverilməz” olduğunu və Tokionun BMT Təhlükəsizlik Şurasında bununla bağlı ölçü götürülməsinə çağıracağını deyib.

Cenevrədə Rusiya xarici işlər naziri Sergey Lavrovla Suriyada vəziyyəti müzakirə edən ABŞ dövlət katibi Con Kerri nüvə sınağının keçirilməsi ilə bağlı Birləşmiş Ştatların narahatlığını ifadə edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmalı olduğunu bildirib.

Ağ Evin açıqladığı bəyanatda prezident Obamanın Asiya müttəfiqləri və bütün dünya qarşısında öhdəliklərə sadiq qaldığını bir daha bildirilib. Bəyanat deyilir ki, prezident Obama Şimali Koreyanın təhriklərinin ciddi nəticələrlə qarşılacağına əmin olmaq üçün başqa ölkələrin liderləri ilə məsləhətlər aparacaq.

XS
SM
MD
LG