Accessibility links

Cənubi Koreyanın Yonhap xəbər agentliyi Şimali Koreyanın raket sınağı keçirmək cəhdinin baş tutmadığı haqda məlumat verib.

Agentlik Cənubi Koreya rəsmilərinə əsasən xəbər verib ki, Şimali Koreya şənbə günü yerli vaxtla günorta saat 2:20 və 2:40 arasında raket sınağı baş tutmayıb. Atılmı raketin qalıqlarının dəniz sıthində tapıldığı bildirilir.

Cənubi Koreyanın Müdafiə nazirliyi xəbəri təsdiq etməkdən imtina edib.
Şimali Koreyanın mediası ölkənin hərbi texnologiyalar sahəsində inkişafının göstəricisi olararq, bu ilin may ayında sualtı ballistik raket sınağının müvəffəqiyyətlə keçdiyi haqda məlumat vermişdi.

Rəsmi xəbər agentliyi olan KCNA-nın verdiyi məlumata görə, Şimali Koreya lideri Kim Yonq Inın raket sınağında iştirak edib, bunun böyük nailiyyət olduğunu deyib.

BMT Şimali Koreya ballistik raket texnologiyaları inkişaf etdirdiyinə görə ölkəyə qarşı sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG