Accessibility links

Şimali Koreyanın yeni raket sınaqdan keçirməsi Yaponiyanı qəzəbləndirib


Cümə günü Cənubi Koreya ordu rəsmilərinin bildirdiyinə görə, Şimali Koreya azı bir balistik raket sınaqdan keçirib. Raket 800 kilometr uçaraq dənizə düşüb. Təcrid olunmuş bu ölkə BMT və ABŞ-ın tətbiq etdiyi yeni daha sərt sanksiyalara qarşı itaətsizliyini arıtır.

Vaşinqtonda ABŞ rəsmisi Reuters-ə bunun hərəkət edə bilən raket göndərən qurğudan göndərilən orta-mənzilli raketə bənzədiyini deyib. Bu isə Şimali Koreyanın 2014-cü ildən bəri sınaqdan keçirdiyi və Yaponiyaya çata biləcək ilk orta-mənzilli raketdir.

"Cümə günü paytaxt Pxenyanın şimalından göndərilən raket yarımada üzərindən uçaraq ölkənin şərq sahilində dənizə düşüb", deyə Cənubi Koreya birgə qərargahlar rəisinin ofisinin bəyanatında bildirilib.

Bəyanatda həmçinin qeyd edilib ki, Şimali Koreyanın eyni regiondan ikinci raketi də sınaqdan keçirdiyi güman edilir.

Yaponiya Şimali Koreyanı özünü cilovlamağını tələb edir və hər hansı bir vəziyyətə qarşılıq verməyə hazır olmaq üçün bütün lazımlı addımları atacaq

Cənubi Koreya raketin növünü təsdiqləməyib. Ancaq 800 kilometrlik məsafə Şimali Koreya arsenalında olan qısa-mənzilli raketlərin qət edə biləcəyi məsafədən çoxdur. Cənubi Koreya Müdafiə Nazirliyinin bildirdiyinə görə, Şimali Koreyanın Rodong raketi maksimum 1300 kilometr məsafəyə uça bilir.

Cümə axşamı sınaqdan keçirilən raket bir sıra tənqid və çağırışlara səbəb olub.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Knaq Şimali Koreyanı BMT qətnamələrinə riayət etməyə və gərginliyin artmasına səbəb olacaq heç bir addım atmamağa çağırıb.

Kim Conq Un

Kim Conq Un

ABŞ Dövlət Departamentinin bəyanatında Şimali Koreya beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün daha konkret addımlar atmağa çağırılıb.

Yaponiyanin baş naziri Şinzo Abe Yaponiyanın Şimali Koreyaya etirazını Pekindəki səfirliyi vasitəsilə bildirdiyini deyib.

“Yaponiya Şimali Koreyanı özünü cilovlamağa çağırır və hər hansı bir vəziyyətə cavab verməyə hazır olmaq üçün bütün lazımlı addımları atacaq,” deyə cənab Abe bildirib.

Cənubi Koreyanın Unifikasiya Nazirliyi Pxenyanı diqqətini xalqının həyatını yaxşılaşdırmağa cəmləşdirməyə çağırıb və təhrikedici addımların heç bir nəticə verməyəcəyini deyib.

XS
SM
MD
LG