Accessibility links

Şimali Koreya bir neçə raketi sınaqdan keçirib


Cənubi Koreyanın hərbi rəsmiləri Şimali Koreyanın dənizə üç gəmi vuran raket buraxdığını bildirib. Bundan bir gün öncə Pxenyan Şimalın su hövzəsinə daxil olduğu halda Cənubi Koreyanın gəmilərini vuracağı ilə hədələmişdi.

Seul rəsmiləri şənbə günü şərq böldəsindəki Vonsan liman şəhərinin yerləşdiyi ərazidən atıldığını bildiriblər.

Rəsmi Pxenyan ölkənin hərbi texnologiyalar sahəsində inkişafının göstəricisinə işarə olaraq, şənbə günü sualtı qayıqdan atılmış ballistik raketləri uğurla sınaqdan keçirdiyini bildirib.

Rəsmi KCNA xəbər agentiyinin verdiyi məlumata görə, Şimali Koreya prezidenti Kim Çenq In raket sınağının keçirilməsində iştirak etdiyi və “atəş” əmrini özü verib. Sınağın nə zaman, harada və ballistik raketin hansı məsafəni qət edə bilməsi qabiliyyəti haqda məlumat verilməyib.

Şimali Koreya ballistik raket texnologiyalarının inkişaf etdirilməsinə qadağa qoyulan BMT sanksiyaları altındadır.

XS
SM
MD
LG