Accessibility links

Şimali Koreyaya qarşı daha sərt sanskiyalar gözlənilir [Video]


Bazar ertəsi ABŞ Konqresinin Nümayəndələr Palatası dördüncü nüvə sınağını keçirdiyinə görə Şimali Koreyaya qarşı daha sərt sanksiyaların tətbiq olunmasına dair qanun layihəsi qəbul edib. Seulda isə ABŞ və Cənubi Koreyanın hərbi qüvvələri regionda hərbi təyyarə, silahlar və hərbi gəmilərin yerləşdirilməsi məsələsi ətrafında danışıqlar aparır.

Bu qanun layihəsi Kim Con Un və digər yüksək səviyyəli rəsmilərin təcrid edilməsi məqsədilə onların hədəf alındığı maliyyə və iqtisadi təzyiqlərin göstərilməsini nəzərdə tutur.

Nümayəndələr Palatası bu həftə qanunsuz fəaliyyətlərlə məşğul olan şimali koreyalıların aktivlərini müsadirə etmək və Kim Conq Unla iş aparan xarici banklara qarşı sanksiyalar tətbiq etmək üçün prezidentə səlahiyyət verəcək qanun layihəsi ilə bağlı səs verəcək.

Qanun layihəsi Nümayəndələr Palatasının Şimali Koreyanın nüvə sahəsində inkişafını dayandıra bilmədiyi üçün prezident Barak Obamanı tənqid edən rəhbərliyi tərəfindən irəli sürülüb.

“Bu qanun layihəsi Kim Con Un və digər yüksək səviyyəli rəsmilərin təcrid edilməsi məqsədilə onların hədəf alındığı maliyyə və iqtisadi təzyiqlərin göstərilməsini nəzərdə tutur.”

Obamanın mənsub olduğu Demokratlar partiyasında da çoxları daha sərt sanksiyaların tətbiq olunmasının tərəfdarıdır.

Cənubi və Şimali Koreyalar arası sərhəd

Cənubi və Şimali Koreyalar arası sərhəd

“Şimali Koreya ehtiyatsız, paranoid və insan avtonomiyasının bütün aspektlərindən məhrum olmuş bir dövlətdir və indi belə bir dövlətin nüvə silahı var.”

Bundan əlavə Vaşinqton və Seul müdafiə qabiliyyətlərinin artırılması məqsədilə Quamdan yeni gəlmiş B-52 tipli nüvə bombası daşımağa qadir bombardmançı kimi daha ağır hərbi texnikanın yerləşdirilməsi haqda danışıqlar aparır. Eyni zamanda, Koreya sularına ABŞ-ın təyyarə daşıyan gəmisinin göndərilməsi məsələsi də nəzərdən keçirilir.

Ancaq ABŞ rəsmiləri Cənubi Koreyada nüvə silahları yerləşdirmək kimi bir planın olmadığını deyir Belə bir addım Çini uzaqlaşdıraraq regional nüvə yarışına səbəb ola bilər.

Kim Conq Un rejiminə qarşı təzyiqin artırılması Çinin Şimali Koreyaya göstərdiyi bəzi iqtisadi yardımı azaltmasını tələb edəcək. Pekin əsas müttəfiqini tənqid etsə də, öz sərhədi yaxınlığında qeyri-sabitlik yaradacaq və münaqişəyə səbəb olacaq sanksiyaların dəstəklənməsinə meyl göstərmir.

XS
SM
MD
LG