Accessibility links

Şimali Koreya iki raket sınağı keçirib


Raket ABŞ və Cənubi Koreyanın birgə başlatdığı hərbi təlimlərə etiraz olaraq atılıb.

Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə başlatdığı hərbi təlimlərə etiraz olaraq dənizə iki qısa-məsafəli raket atıb. Pxenyan düşmənlərinə qarşı “amansız zərbə” endirəcəyinə dair xəbərdarlıq edib.

Cənubi Koreya rəsmiləri raketlərin Şimali Koreyanın liman şəhəri Nampodan 490 kilometr uzaqlıqda Şərq dənizinə düşdüyünü bildirir.

Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat katibi Kim Min-Seok deyib ki, hadisə “silahlı etiraz kimi görünən, lakin qəsdən edilən təxribat” hesab olunur, çünki Şimali Koreya raketləri “qeyri-hərəkət zonası” təyin etmədən atıb.

Kim müxbirlərə bildirib ki, “bizim hərbimiz və ABŞ qüvvələri nəzarət tədbirlərini artırıblar və hər hansı bir hadisə zamanı dərhal cavab verməyə hazırıq. Şimali Koreya təxribat xarakterli hərəkətlər etsə, bizim ordumuz o dərəcədə qəti reaksiya göstərəcək ki, Şimali Koreya çox təəssüflənəcək.”

Şimali Koreya uzun müddətdir Vaşinqton və Seulun iliik hərbi təlimlərini dayandırmalarını tələb edib. Şimali Koreya bu təlimləri “Şimalın işğalına hazırlıq” adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG