Accessibility links

Seulda ABŞ səfirinə hücum edən şəxsin Şimali Koreya ilə əlaqəsi araşdırılır


Şübhəli şəxsin 7 dəfə Şimali Koreyaya səfər etdiyi bildirilir

Cənubi Koreya polisinin verdiyi məlumata görə, Seulda ABŞ səfirinə hücum edən şəxslə Şimali Koreya höküməti arasında mümkün əlaqələr araşdırılır.

Rəsmilər bildirir ki, səfir Mark Lippertin üzü və biləyini kəsdiyinə görə 55 yaşlı Kim Ki-conqa qarşı cinayətə təşəbbüs ittihamı sürülə bilər. Səfirin yaralarına 80 tikiş atılıb.

Təkərli kürsüdə danışan şübhəli şəxs şimali Koreyadan heç bir göstəriş almadığını bildirib.

Pxenyanın rəsmi Koreya mərkəzi xəbər agentliyi hücumu “cəza” və davam etməkdə olan ABŞ-Koreya hərbi əməliyyatlarına qarşı “müqavimət” adlandırıb.

Cənubi Koreyanın Unifikasiya Nazirliyinin mətbuat katibi Lim Byonq-çol cümə günü deyib ki, “diplomatik nümayəndəyə qarşı belə bir əməl qəbuledilməzdir”. Biz bu hadisəninin motivlərini təhrif etdiyi və saxtalaşdırdığı, habelə bu cür hadisələri dəstəklədiyi üçün Şimali Koreyanı qınayırıq.”

Seulun mərkəzi polis idarəsinin rəisi Yun myonq-sonq şübhəli şəxsin 1999-2007ci illər arası 7 dəfə Şimali Koreyaya səfər etdiyini bildirib.

Cümə günü səfir Lippert “özünü yaxşı hiss etdiyini və əhvalının yüksək olduğunu” deyib. Daha sonra isə o, Twitter hesabında dəstəklərə görə çox mütəəsir olduğunu və tezliklə ABŞ-Koreya əlaqələrini inkişaf etdirmək üçün vəzifəsinə geri dönəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG