Accessibility links

Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi beynəlxalq tənqidlərə səbəb olub [Video]


Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi beynəlxalq tənqidlərə səbəb olub
please wait

No media source currently available

0:00 0:00:59 0:00

Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi beynəlxalq tənqidlərə səbəb olub

Birləşmiş Ştatlar, Yaponiya Şimali Koreya və hətta müəyyən dərəcədə Çin belə Pxenyanın bu son provokasiyasını tənqid edib.

Çərşənbə günü Şimali Koreya hidrogen bombasını “müvəffəqiyyətlə” sınaqdan keçirdiyini bildirib. Belə etməklə Şimali Koreya nüvə proqramına son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub. Birləşmiş Ştatlar, Yaponiya Şimali Koreya və hətta müəyyən dərəcədə Çin belə Pxenyanın bu son provokasiyasını tənqid edib.

ABŞ-ın Geoloji Araşdırmalar qurumu Punggyeriyə yaxın bir yerdə 5.1 bal gücündə zəlzələnin qeydə alındığını bildirib. Şimali Koreya bu ərazidə 2006, 2009 və 2013-cü illərdə də nüvə sınaqları həyata keçirib.

Bir qədər sonda Şimali Koreyanın dövlət televiziyası nüvə bombasından daha güclü olan hidrogen bombasının müvəffəqiyyətlə sınaqdan keçirilddiyini xəbər verib.

Bomba sınağının yaratdığı yeraltı titrəyişlər şimal-şərqi Çində, Şimali Koreya ilə sərhəddə hiss olunub.

Bomba sınağı Cənubi Koreya və Yaponiyada təcili milli təhlükəsizlik görüşlərinə səbəb olub. Belə etməklə Şimali Koreya nüvə proqramına son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub. Birləşmiş Ştatlar, Yaponiya Şimali Koreya və hətta müəyyən dərəcədə Çin belə Pxenyanın bu son provokasiyasını tənqid edib.

2013-cü ildə Şimali Koreya üçüncünüvə sınağını həyata keçirəndən sonra BMT Təhlükəsizlik Şurası Pxenyanı nüvə proqramına son qoymağa çağıran və Kim Conq Un rejiminə qarşı sərt iqtisadi sanksiyalar tətbiq edən qətnamə qəbul edib.

Cənubi Koreya prezidenti Park Geun-hye və Yaponiyanın baş naziri Şinzo Abe Şimali Koreyanı nüvə provokasiyalarına görə cəzalandıracağını vəd edib. Çin isə sadəcə Pxenyanın bu addımına qarşı çıxdığını deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG