Accessibility links

Şimali Koreya sülh müqabilində nüvə sınaqlarını dayandırmağı təklif edir


Pxenyanda insanlar küçədə yerləşdirilmiş monitorda nüvə bombasının uğurla sınaqdan keçirildiyi xəbərini dinləyir
Pxenyanda insanlar küçədə yerləşdirilmiş monitorda nüvə bombasının uğurla sınaqdan keçirildiyi xəbərini dinləyir

Şimali Koreya bildirib ki, Birləşmiş Ştatlarda sülh müqaviləsi və Vaşinqtonla Seul arasında birgə hərbi təlimlərə son qoyulması müqabilində nüvə sınaqlarını dayandıracaq.

Şimali Koreyanın dövlətə məxsus mediasında açıqlanan təklif Pxenyanın Birləşmiş Ştatlar, eləcə də Cənubi Koreya tərəfindən rədd edilən əvvəlki təklfləri ilə eynidir.

"Bizim nüvə sınaqlarına son qoymaq və ABŞ-ın hərbi təlimlərini dayandırması müqabilində sülh müqaviləsinin yekunlaşdırılması da daxil olmaqla, yarımadada və Şimal-Şərqi Asiyada sülh və təhlükəsizliyintəmin olunması üçün bütün təkliflər hələ də qüvvədir"-deyə rəsmi Pxenyanın dövlət KRT televiziyasının açıqladığı məktubda deyilir.

İnsanlar Seul vağzalında Şimali Koreyanın hidrogen bombası sınağını keçirdiyi haqda xəbərləri izləyir
İnsanlar Seul vağzalında Şimali Koreyanın hidrogen bombası sınağını keçirdiyi haqda xəbərləri izləyir

ABŞ-nı reaksiyası

Dövlət Departamentinin sözçüsü Con Körbi təkliflə bağlı sualı cavabında belə bir təklif haqda heç bir şey eşitmədiyini deyib.

"Baxın, biz Koreya Respublikası ilə müttəfiqlik barədə öhdəliklərə çox ciddi, olduqca ciddi yanaşırıq və biz alyansın Cənubi Koreya xalqının müdafiəsi və yarımadanın təhlükəsizliyi üçün bütün əməliyyatlara hazırlığını təmin etməyə davam edəcəyik"-deyə Con Körbi bildirib.

Dövlət Departamentinin sözçüsü Con Körbi
Dövlət Departamentinin sözçüsü Con Körbi

Şimali Koreyanın keçən həftə dördüncü nüvə sınağını keçirməsi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanıb və Koreya yarımadasında gərginliyin artmasına gətirib çıxarıb.

Test şənbə günü Seulda ABŞ Müdafiə nazirinin müavini Entoni Blinken və Cənubi Koreyanın Xarici İşlər nazirinin müavini Lim Sunq-nam arasında görüşün diqqət mərkəzində olub.

"Biz böyük sınaq qarşısındayıq, amma biz bununla birlikdə, həmrəylikləüz-üzəyik və Birləşmiş Ştatlar və Cənubi Koreya arasında tərəfdaşlıqdan məmnunluq duyuruq"-deyə Blinken bildirib.
ABŞ Konqresi bu həftə Pxenyan hökumətinə qarşı daha ciddi sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG