Accessibility links

İsrailin sabiq prezidenti və baş naziri Şimon Peresin vəziyyəti beyininə qan sızdıqdan sonra ciddi, lakin sabitdir.

Həkimlər bildirib ki, onun vəziyyətinin ağırlaşmasına yüksək qan təyziqi səbəb olub.

93 yaşlı Peres yanvar ayında ürək xəstəliyi ilə əlaqədar xəstəxanaya aparılmışdı.

Baş nazir Benyamin Netanyahu Facebook mesajında bütün ölkənin Peresi sevdiyini yazıb və onun qısa zamanda səhhətinin yaxşılaşmasını arzulayıb.

Peres baş nazir, prezident və xarici işlər naziri vəzifələri də daxil olmaqla İsrailin demək olar ki, bütün mühüm ictimai ofislərində çalışıb.

1994-cü ildə o, Yasir Ərəfat və Yitzhak Rabinlə bərabər Oslo sülh müqaviləsini müzakirə etməyə yardım gəstərdiyinə görə Nobel Sülh Mükafatı alıb.

XS
SM
MD
LG