Accessibility links

Şirin İbadi: İranda insan hüquqlarının vəziyyəti pisləşməkdədir [Audio]


İranda insan haqları üzrə tanınmış hüquq müdafiəçisi və Nobel sülh mükafatı laureatı Şirin İbadi Amerikanın Səsinə müsahibədə İslam Respublikasında siyasi məhbusların durumu haqda danışıb. Hazırda Londonda qərargahlanan xanım İbadinin sözlərinə görə, ölkədə insan haqları sahəsində heç bir irəliləyiş hiss olunmur və əksinə, bu sarıdan vəziyyət daha da pisləşib.

Son bir neçə ayda Şirin İbadi Birləşmiş Millətlər Təşkilatına İranda siyasi dustaqların durumu ilə bağlı müntəzəm hesabatlar göndərməyə başlayıb. O, beynəlxalq qüdrətlərin İranın nüvə proqramına insan haqlarından daha çox diqqət yetirməsindən narahatlığını ifadə edib.

Xanm İbadi İran Azərbaycanında milli-mədəni hüquqlar uğrunda mübarizə aparan fəalların təqib olunmasına da toxunub. Hüquq müdafiəçisini sözlərinə görə İranda hakimiyyətin repressiv mahiyyəti onu bütün iranlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların haqlarını pozmasına şərait yaradır. İran vətəndaşlarının demokratiyaya hazır olduğunu deyən xanım İbadi siyasi quruluş dəyişəcəyi halda durumun yaxşılaşacağına ümidini ifadə edib.
please wait

No media source currently available

0:00 0:11:23 0:00
Direct link

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG