Accessibility links

Şirin kartof bir sıra ciddi xəstəliklərə mane ola bilər. A vitamini ilə zəngin olan bu tərəvəz uşaqlarda izhal hallarını azaldır.

Araşdırmaların nəticəsinə görə, A vitamini çatışmazlığı ciddi xəstəliklər və infeksiyalar yolu ilə ölümə gətirib çıxara bilər.

Ümumdünya Səhiyyə Təşkilatı dünyada 190 milyon uşağın kifayət qədər A vitamini almadığını bildirir.

Kənd təsərrüfatı araşdırmaları təşkilatı HarvestPlus ucqar yoxsul bölgələrdə yeni məhsulların yetişdirilməsi ilə insanları lazımi vitanminlərlə təmin etməyə çalışır.

Beynəlxalq Ərzaq Siyasəti Araşdırmaları İnstitutunun bildirdiyinə görə,dünyada 5 yaşından aşağı uşaqların 70 faizi A vitamini defisiti yaşayır.

Hazırda HarvestPlus təşkilatı şirin kartof əkinçiliyini təbliğ etməklə yanaşı, A vitamini əldə edilməsi yollarına dair maariflədirmə və təlim proqramları həyata keçirir.

Ucqar kənd bölgələrində həyata keçirilən araşdırmalardan məlum olub ki, şirin kartof yeyən uşaqlarda izhal halları 40 faiz azalıb. 3 yaşından aşağı uşaqlarda isə bu fərq 50 faiz təşkil edib.

XS
SM
MD
LG