Accessibility links

Şirin Neşat əsərlərində İslam dünyasında baş verənlərdən danışır [Video]


Şirin Neşat Birləşmiş Ştatlarda 1970-ci illərdən bəri yaşasa da, onun işləri birbaşa doğulduğu İslam dünyasındakı qadının həyatından bəhs edir. Kolleksiyaya bu yaxınlarda Yaxın Şərqdə baş verənlər də əlavə olunub.

Şirin Neşatın 2009-cu ildə 1953-cü ilin İran qadını haqda çəkdiyi “Kişisiz qadın” filmi Venesiya Film Festivalında mükafata layiq görüldü. Xanım Neşat fars poeziyasından xırda hərfli misraları həkk edilmiş fotoqrafik portretləri ilə də məşhurdur.

Nyu-Yorkun Robert Rauşenberq Fondu xanım Neşatın “Bizim Evimiz Alov İçindədir” adlı sərgisini nümayiş etdirir. Bu sərgidə sənətkarın çəkdiyi yaşlı və imkansız misirlilərin portretlərini görmək olur. “Bu sərginin məqsədi hələ də davam edəcəyinə ümid etdiyimiz Ərəb Baharını nümayiş etdirməkdir. Lakin biz bunun hazırda fəlakətlərlə müşayiət olunduğunu görürük. Mən bu şəkillərlə çox şeylərini itirmiş insanlar barədə danışmaq istəyirərm.”

Ərəb ölkələrində olarkən insanlarla tərcüməçi vasitəsilə söhbət edən xanım Neşat insanların itkiləri barədə hissləri ilə bölüşmələrini xahiş edib və uzun zamandır bir yerdə çalışdığı fotoqraf Larri Barnsın onların şəkilllərinui çəkməsini istəyib. “Mən onlara nə istəyirlərsə onu danışa biləcəklərini dedim və onlara diqqətlə qulas asdım. Mən onların üzlərindəki ifadəni görmək istəyirdim. İlk dəfə idi ki, mən insanlara belə yaxın idim və mən onların real hisslərini görə bildim.”

Sərgidə digər bir mövzu yəqin ki, morqda çəkilmiş cəsədilərin barmaqlarından nömrələr asılan ayaqları idi. Şirin Neşat onların keçən aya Misir ordusunun qətlə yetirdiyi “Müsəlman Qardaşları”nın üzvləri olduqlarını deyir. “Mən çox sayda gəncin cəsədini gördüm. Onların hamısı yerə uzaldılmış və onların ayaqlarında tanınmaları üçün adlarının yazıldığı yarlıqlar asılmışdı. Mən nələr baş verdiyini hiss etməyə başladım, bu, bizim Ərəb Baharının başlaması və faciə ilə nəticələnməsini dərk etməyimiz üçün vacib idi.”

Rauçenberq Fondu “Bizim Evimiz Alov İçindədir” kolleksiyasından iki əsərdən gələn gəlirləri Misrdə insan haqları məsələlərinə sərf etmək niyyətindədir,
XS
SM
MD
LG