Accessibility links

Aktrisa Cennifer Anistonun yolu digər bir Hollivud ulduzunun yolu ilə kəsişib. Oven Vilsonla Cennifer Aniston – yox, həyat yolu deyil, sənət yolları kəsişib.

Bəli, Aktrisa Jennifer Aniston, Wedding Crashers filmindən yaxşı tanıdığımız Oven Vilson ilə yeni filmdə çəkiləcək. 44 yaşlı aktrisa deyilənə görə Oven Vilsonla She is Funny That Way fimində çəkilmək üçün müqavilə imzalayıb.

Filmdə Aniston anası spirtli içki düşkünü olduğuna görə reabilitasiyaya düşən terapevt rolunu ifa edir. Oven isə aktrisa olmağa həvəs göstərən fahişəyə aşıq olan Brodway tamaşasında teatr rejissoru obrazını yaradacaq.

Hmmm, maraqlı filmə oxşayır.

Marley və Mən filminin çəkilişlərindən beş il ötüb. Məhz beş il əvvəl bu filmdə Cenniferlə Oven səhnəni bölüşmüşlər. O zaman Marley və Mən filmi 200 milyon dollar gəlir gətirdi. Filmin çəkilişi deyilənə görə bu yay Nyu-York şəhərində başlanacaq. Ümüd edirik ki, bu film üzlərə təbəssüm gətirəcək.
XS
SM
MD
LG