Accessibility links

Valentin günü şokolad ən çox mübadilə edilən hədiyyədir [Video]


Fevral ayının 14-ü Valentin günü dünyanın bir çox bölgəsində qeyd edilir. Bu gün çiçək dəstələri, müxtəlif hədiyyələr və xüsusilə də şokolad ən çox mübadilə edilən hədiyyədir. Rəsmi statistikalara görə, təkcə ABŞ-da Valentin həftəsi 27 milyon kiloqram şokolad satılır.

Virciniya ştatında təşkil edilən fevtivalda hər bir məhsul çokoladdan hazırlanır.
Böyüklər kimi uşaqlar da şokolada biganə deyil.

İkigünlük festival Valentin bayramı ərəfəsində keçirilir. Bu artıq 21 ildir ənənə halını alıb. Tədbirə Lesli Herman rəhbərlik edir.“İlbəil böyüyürük. Havanın necəliyi, qarlı, soyuq olmasından asılı olmayaraq buraya təqribən 10 min insan gəlir.”

Ziyarətçilərin əksəriyyəti şokolad gününə şokolad çip olandya səhər yeməyi ilə start verir. Burada təqribən 40 yerli şirkət məhsullarını satışa çıxarır.

Debbi Ualş artıq 20 ildir tədbirin iştirakçısıdır. “Bura gəlməkdən zövq alıram. Hər il tanış simaları görürəm. Onlara yaxşı şokolad təqdim edib, xoşbəxt etməyə çalışıram. Mən məhsulu ən çox satılan iştirakçıyam.”

Festivalda şirin rəqabət də yer alır. Həvəskar və peşəkar şokolad istehsalçılarına Corc Meyson Universiteti sponsorluq edir. Co Uilson ərzaq departamentinin meneceridir. “Juri heyəti onların dadına bu səhər baxır. Onlar dadına, dəyərinə və kretivliyinə görə qiymətləndirilir.”

Qonaqlar bəyəndikləri məhsullara səs verir, hərraclarda iştirak edir.
Herman deyir ki, festival yalnız əyləncə və şokoldaddan ibarət deyil.“Buraya bizneslər cəlb olunur. Digər imtiyaz Şokolatsevərlər Komitəsi tərəfindən ən yaxşı müəllifin seçilməsidir.”

Festivalda xeyriyyəçilik şokolad fontanı biznesinin sahibi Melissa Quzmanın məşğul olduğu sahədir. "Satışlardan əldə edilən gəlirin 25 faizi xeyriyyəçilik sahəsinə ayrılır. Bu bizə ictimaiyyətimizə xidmət etmək imkanı yaradır.”

Bu isə hər kəsə xoş gələ biləcək bir işdir.
XS
SM
MD
LG