Accessibility links

Spiker Con Beyner Arizonada silahlı hücumla bağlı bəyanat verib

  • Amerikanın səsi

Spiker Con Beyner Arizonada silahlı hücumla bağlı bəyanat verib

Spiker Con Beyner Arizonada silahlı hücumla bağlı bəyanat verib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Con Beyner dünən Arizona ştatında 6 nəfərin ölümü və 13 nəfərin yaralanması ilə nəticələnmiş silahlı hücumla bağlı bəyanat verib. Vaşiqntonda danışan Beyner deyib ki, Konqresin qadın üzvü Qabriyel Giffordun güllə ilə vurulması digər qanunvericilərin öz vəzifələrini yerinə yetirməsinə mane olmayacaq. Bununla belə, spiker prezident Barak Obamanın səhiyyə xidmətlərinə dair qanunun ləğv edilməsi də daxil olmaqla, bu həftə gündəliyə salınmış bəzi işlərin təxirə salındığını deyib. Lakin o yenə də əlavə edib ki, heç bir hadisə Konqresi öz işini görməkdən çəkindirə bilməz. Beyner hadisədə həlak olmuş Giffordun yardımçısınınxatirəsinə Kapitoliya binasının Nümayəndələr Palatası binasının qarşısında bayraqların yarıya endiriləcəyini elan edib.

XS
SM
MD
LG