Accessibility links

Şotlandlar yenidən müstəqillik referendumu keçirmək niyyətindədirlər


Çərşənbə axşamı Şotlandiya parlamenti müstəqillik referendumunun keçirilməsinin lehinə səs verib. Bu qərar Şotlandiya birinci nazirinə imkan verir ki, Britaniya hökümətindən referendumun keçirilməsinə icazə verməsini tələb etsin.

Şotlandiya parlamentinin 69-59 fərq ilə referendum lehinə səs verməsindən sonra növbəti addım Britaniya hökümətinin referenduma razılıq verməsidir. Şotlandiyanın birinci naziri Nikola Stercen referendumun növbəti iki il ərzində, Britaniyanın Avropa Birliyinin çıxışının tamamlamasına qədər keçirilməsini istəyir.

Böyük Britaniyada keçən il keçirilən referendumda İlgiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadan toplanan ümumi səslərin nəticəsinə görə əhali Avropa Birliyindən çıxmağın lehinə səs vermişdi.

Buna baxmayaraq, Şotlandiyada verilən səslərin üçdə ikisi blokdan çıxmağın əlehinə səs vermişdi. Bu nəticə Şotlandiyanın birinci nazirinə imkan yaratdı ki, müstəqillik referendumunun keçirilməsinə israr etsin.

Üç il öncə Şotlandiyada müstəqillik referendumu keçirilmişdi. O zaman əhali Böyük Britanityanın tərkibində qalmağın lehinə səs vermişdi. Amma həmin referendum Britaniyanın AB-dən çıxmaq qərarından əvvəl baş vermişdi.

Rəsmi Londonun Avropa Birliyinin tərkibindən çıxması prosesi bu gün (29 mart, 2017) başlayır. Baş nazir Tereza Mey bildirib ki, Britaniya qurumdan tam çıxmamış şotlandların referendum tələbini nəzərdən keçirməyəcək. Ekspertlərin sözlərinə görə bu proses bir neçə il çəkə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG