Accessibility links

Məşhurlar: Eşton Kutçer əmlak bölüşdürülməsindən narazı qaldığını deyib


Eşton Kuçer Hollivudda ən gəlirli aktyor ola bilər. Amma bu o demək deyil ki, onun maliyyə problemləri həll olunub.

Two and a Half Men` adlı teleserialda çəkilən ulduz hələ də Demi Murla boşanma qalmaqalı yaşayır. 34 yaşlı aktyorun 138 milyon dollar pulu olduğu deyilir. Demi Murun isə bundan da çox pulu var.

Nyu-York Post qəzetinə istinadən edən mənbə Eştonun əmlak bölüşdürülməsindən narazı qaldığını deyib.

Mənbə Eştonun xəsislik edərək, onların ayrılması üçün hazırlanan sənədləri imzalamaqdan imtina etdiyini deyib.

Bu məlumat doğrudursa o zaman bu şəxsi məsələ ictimai məhkəmə prosesinə çevrilə bilər. Və təcrübə göstərir ki, bu növ mübahisələr çox gərgin keçir. Məsələnin yaxşı tərəfi budur ki, məşhurların hər ikisinin yaxşı vəkil tutmaq üçün kifayət qədər pulları var.
XS
SM
MD
LG