Accessibility links

Castin Biber ilin ən yaxşı müğənnisi mükafatını alıb [Fotoqalereya]


Los Ancelesdə Amerika Musiqi Mükafatlarının təqdimatı keçirilib

Los Ancelesdə Amerika Musiqi mükafatlarının (American Music Awards) 40-cı yubiley təqdimatı mərasimində 18 yaşlı kanadalı musiqiçi Castin Biber Rihanna, Deyrk və Keyti Perri kimi musiqiçiləri arxada qoyaraq ilin ən yaxşı artisti adına layiq görülüb.

Mükafatı alan yeniyetmə musiqiçi yaradıcılıq uğurlarında dəstəyə və onun sözlərilə, “hər zaman mənə inandığına” görə anasına təşəkkürünü bildirib.

Castin Biber həmçinin “Believe” albomuna görə pop/rok albom kateqoriyasında və eyni zamanda pop/rok janrında ən yaxşı kişi müğənni kimi ən yüksək mükafatı alıb.

Daha bir kanadalı musiqiçi Karli Rey Cepsen isə ilin ən yaxşı yeni musiqiçi adlandırılıb.

Bu yaxınlarda ana olmuş britaniyalı müğənni Adel adult contemporary kateqoriyasında ən yüksək mükafata layiq görülüb.

Kantri musiqiçiləri arasında Teylor Svift beşinci ildir bu kateqoriyada ən yaxşı qadın müğənni mükafatını alıb. Kişilər arasında isə kantri musiqisinin ən yaxşı ifaçısı Lük Brayan adlandırılıb.

ABC tele-kanalında nümayiş etdirilən üç saatlıq şou Aşerin ifasında bir neçə mahnı ilə açılıb. Aşer özü soul və R&B kateqoriyasında ən yüksək mükafata layiq görülüb.

Amerika Musiqi mükafatlarına nominasiyalar hər il albomların satışı və müğənnilərin mahnılarının efirdə səslənməsi əsasında aparılır. Qaliblər isə internetdə səsvermə əsasında müəyyən edilir.

XS
SM
MD
LG