Accessibility links

Məşhurlar: Aktyor Castin Timberleyk və aktrisa Cesika Biel evləniblər


Castin Timberleyk və Cesika Biel evləniblər.

People.com saytı xəbər verir cütlük İtaliyanın cənubunda evləniblər. Yalnız yaxın adamlarının çevrəsində keçirilən toy mərasimi son anadək gizli saxlanılıb.

Jurnala verdikləri eksklyuziv açıqlamada cütlük evliliyin gözəl bir şey olduğunu, toy mərasiminin gözəl keçdiyini və mərasimdə ailə üzvləri və dostlarının çevrəsində olmalarından danışıb.

31 yaşlı aktyor və keçmiş müğənni, gözəl Biel ilə 5 il idi ki, görüşürdülər. Deyilənə görə aktyor Böyük Səma Montana istirahət mərkəzində aktrisa Cesika Bielə xüsusi hazırlanmış üzüklə təklif edib.

Yenilikdə həyat yoldaşı olmuş Cessika barədə danışan Castin onun sözün əsl mənasinda xüsusi insan olduğunu deyib.

Xoşbəxt cütlüyü təbrik edirik!
XS
SM
MD
LG