Accessibility links

Hollivud aktyoru Kevin Kostner 1955-ci ildə yanvar ayının 18-də Kaliforniya ştatının Linvud şəhərində dünyaya gəlib. Onun anası Şaron Ray sosial təminat idarəsinin işçisi, atası Villiam Kostner isə elektrik olub. Alman əsilli Kostner Baptist ailəsində boya başa çatıb. Gənc yaşlarında təhsildən çox idmana üstünlük verən Kevin pianoda musiqi çalmağı öyrənir, şer yazır və ilk baptist xorunda mahnı oxuyur. 1978-ci ildə o, Kaliforniya ştatının universitetində maliyə üzrə bakalavr dərəcəsi alıb.

Aktyor kimi tanınan Kevin Kostner müğənni kimi də fəaliyyət göstərir. Həyat yoldaşı Kristi onu Kevin Kostner və Müasir Qərb adlı rok qrupunda müğənni olmağa həvəsləndirib. 2007-ci ildə aktyor Kevin Kostner özünün rok qrupu ilə İstanbul və Roma da daxil olmaqla dünya ölkələrinə qastrol səfərinə çıxıb.

Kevin Kostner: "The Angels Came Down"
XS
SM
MD
LG