Accessibility links

Lui CK ilə Zak Qalifianakis birgə film üzərində işləyəcək


Bu günün 1 nömrəli komediya ustası. Lui C.K. ilə Zak Qalifianakisi bir araya gətirsək nə alınar? Çox güman ki, saatlarla davam edən gülüş.

Zak FX şəbəkəsi üçün Lui C.K.-in ssenariləşdirmiş yeni komediya janrlı filmində iştirak edəcək.

Lui özünün məşhur “Louie” tele-şousuna görə Emmi mükafatının qalibi olub. İndi o, eyni şəbəkədə tele-şounun dördüncü hissəsini hazırlayır və indi Qalifianakis özünəməxsus zarafatlarını filmin yeni seriyasına əlavə edəcək.

Təəssüf ki, Entertainment Weekly şəbəkənin tele-şounun nə haqda olması barədə məlumat yaymayıb. Luizə gəldikdə isə, komediya ustası bilməlidir ki, pərəstişkarlarını intizarda qoymaq o qədərdə gülməli deyil. Hər halda yaxın zamanlarda daha çox məlumat əldə edəcəyik.
XS
SM
MD
LG