Accessibility links

Pop kraliçası Madonna dünyanın ən münasib kişiləri ilə Vogue jurnalında yenidən görünə bilər. Müğənni özünün gənc sevgilisi Brahim Zaibatdan ayrılıb.

Perez Hilton.com-a istinadən cütlüyün karyeraları ilə bərk məşğul olmaları onların üç il davam edən münasibətlərinə son qoymalarına səbəb olub.

55 yaşlı Madona Nyu-Yorkda çalışır. 25 yaşlı rəqqas isə “Ulduzlarla Rəqs” şousunun Fransa variantında iştirak etmək üçün dünyanın o biri tərəfindədir.

Cütlüyün ötən aylarda biri-birindən uzaqda olduqlarından birlikdə görünməmələri bu növ şaiyələrin yayılmasına səbəb olub.

Əvəzində Madonna keçmiş həyat yoldaşı Şan Penlə vaxt keçirir.
Keçmiş cütlər superulduzların Sirli Layihə İnqilabı adlı mərasimində üz-üzə gəldikdə olduqca mehriban görüşüb.

Bundan əlavə onlar Haitidə Şükranlıq bayramı münasibəti ilə aktyor yardımı təşkilatı tərəfindən keçirilən xeyriyyə mərasiminə birgə səfər edib.
XS
SM
MD
LG