Accessibility links

Edi Merfi daha bir siyahıda birinci yerdədir. Amma bu, heç də yaxşı siyahı deyil. Forbes jurnalı gülüş ustasına Hollivudun ən çox pul ödədiyi aktyor adı verib. Jurnalın hesablamalarına görə Merfi “A Thousand Words”, ”Meet Dave” və “Tower Heist” kimi filmlərə görə ona ödənən hər 1 dollar müqabilində 2 dollar 30 sent gəlir gətirib.

Ketrin Heiql siyahıda ikinci yeri tutur. Aktrisa hər 1 dollar müqabilində 3 dollar 40 sent gəlir gətirir. Forbes jurnalı “One for the Money” filmini buna başlıca səbəb kimi göstərir.

​Üçüncü ən çox pul ödənilən aktrisa Ris Viterspun ona verilən hər 1 dollar müqabilində 3 dollar 90 sent gəlir gətirir. Amma bu pulların əksəriyyəti “How Do You Know” filmindən gələn 120 milyon dollara aiddir.

Nə qədər təəccüblü olsa da dördüncü yerdə Sandra Ballok gəlir. Studio ona xərclənən hər bir dollardan 5 dollar qazanır. Amma ona qarşı ədalətli olmaq üçün Forbes hər bir ulduzun çəkildiyi son üç filmi nəzərdə tutur. Və bu sırada Sandranın ilk filmi 2009-cu ildə çəkilib.



Cek Blək siyahıda beşincidir. Buna səbəb “The Big Year” filmi olub. Forbes iddia edir ki, o, studiyadan aldığı hər 1 dollar müqabilində 5 dollar 20 sent gəlir gətirir.

Belə çıxır ki, Hollivud studiolarına bu aktyorlarla işləmək o qədər də sərfəli deyil.

Bu o demək deyil ki, biz bu aktyorları sevmirik. Amma belə getsə onları ekranlarda get-gedə daha az görməli olacayıq.
XS
SM
MD
LG