Accessibility links

Pamela Andersonu yalnız xəzinə tapması xilas edə bilər.

TMZ-yə istinadən aktrisanın vergiyə 370000 dollar borcu var. Aktrisanın əvvəllər də buna bənzər borca düşdüyü deyilir. deyilənə görə 2010-cu ildə aktrisanın IRS-ə, Daxili Gəlir Xidmətinə 493144 dollar borcu olub. Amma indi onun iki yerə borcu var. Onlardan biri Daxili Gəlir Xidməti, digəri isə Kaliforniya ştat vergi idarəsinədir.

Aktyor işinin əvvəlki kimi bol olmadığını və Pamelanın Ulduzlarla Rəqs şousunun ilk hissəsində iştirakının ləğv olunduğunu nəzərə alsaq aktrisanın vəziyyətinin nə qədər çıxılmaz olduğu daha aydın görünər. Ehtimal edirik ki, aktrisa israfçılığın qarşısını almaq üçün nə isə etməlidir.
XS
SM
MD
LG