Accessibility links

Kim Kardaşyan və Kenye Vestin uşaq gözlədikləri məlum olduqdan sonra sevinclərinin həddi hüdudu yoxdur.

Radar Online-a isitinadən keçmiş əri Kris Hamfriz boşanma prosesini təxirə salmaqla Kimin həyatını məhv edir və imicinə mümkün qədər ziyan vurmaqda davam edir.



Hamfriz deyilənə görə, boşanma sənədini imzalamaqdan boyun qaçırır. Hamfriz Kimin 72 gün davam edən evliliklərinin saxta olduğu iddiası ilə nikahın ləğv edilməsini istəyir.

Kim bunu, onun və Kardaşyan ailəsinin imicinə xələl gətirmək istəmədiyini səbəb gətirərək keçmiş ərinin xahişini rədd edib.

Mübahisə məhkəməyə çıxarılacaq. Və Radar Online məlumat verib ki, məhkəmənin keçiriləcəyi ən yaxın ay 2013-cü ilin iyun ayıdır. Məhs bu ay Kim Kardaşyanın övladı dünyaya gəlməlidir.

Kim ehtiyat edir ki, o Kenyedən övladını dünyaya gətirən zaman rəsmən hələ də Hamfriz ilə evli ola bilər. Yəqin ki, Kim iki ərdən bir uşaq dünyaya gətirməyin olduqca çətin olduğunu anlamağa başlayıb.
XS
SM
MD
LG