Accessibility links

Şoubiz Xəbərləri (video)

  • Amerikanın səsi

Şoubiz Xəbərləri (video)

Şoubiz Xəbərləri (video)

Deyəsən “Two And A Half Men” serialının keçmiş ulduzu aktyor Çarli Şin daha mülayim olmaqdan cana doyub.

Filmdə bir zamanlar onun ifa etdiyi rol haqda söhbət açdıqda Çarli Şin eyni rolu indi ifa edən aktyor Eşton Kutçer haqda bir-iki xoşagəlməz amma ədalətli söz dedi.

Şoubiz Xəbərləri (video)

Şoubiz Xəbərləri (video)

TMZ-yə verdiyi müsahibədə Çarli Şin yalan danışmaqdan, yalandan filmin maraqlı olduğunu iddia etməkdən bezdiyini deyib. Aktyor əlavə edərək deyib ki, Eşton Kutçer rolu çox pis oynayır və Çarli Şin bunu deməməkdən, susmaqdan təngə gəlib.

Çarli əvvələr şouya və Eşton Kutçerin baş rolu yaxşı ifa etməməsinə nəzakətlə yanaşırdı. Amma görünür, saxta mehribanlıq uzun sürməyib.

Şoubiz Xəbərləri (video)

Şoubiz Xəbərləri (video)

“Wanderlust” filminin premyerasında diqqətləri cəlb edən maraqlı bir hadisə olub. Belə ki, Cennifer Aniston kameralar qarşısında sevgilisi Castin Teroksla yox, tək çıxıb. Əvəzində Castin kameralar qarşısına filmdə tərəf müqabili Pol Rudla çıxıb. Kaliforniyanın Vestvud şəhərində keçirilən mərasimdə Cennifer başqa bütün tərəf müqabillərinə diqqət yetirib. Hətta qadın tərəf müqabillərinə də. O, Malin Akermeni güya öpmək də istəyib.

Cenlə Castin filmin premyerasında kamera qarşısına bərabər çıxmasalar da, münasibətlərini növbəti pilləsinə çıxacaqlarmı? Anistonun barmağındakı üzük görəsən nəyə işarədir? Çox şübhəlidir.

“Wanderlust”

Manhettendə yaşayan Corc və Lindanın həyatı başdan ayağa streslə doludur. Corc ixtisara düşüb işini itirdikdən sonra onlar qarşıda yalnız bir seçim görür. Bu da Corcun Atlantada yaşayan qardaşının yanına köçməkdir.

Şoubiz Xəbərləri (video)

Şoubiz Xəbərləri (video)

Yolda Corc və Linda Elizium adlı cənnət kimi bir yerə gəlir. Burada insanların həyata baxışı tamamilə fərqlidir. Pul onlar üçün önəmli deyil, çünki xoşbəxtlik pulla alınmır. Karyera? Axı bu kimə lazımdır. Geyim? Istəsən geyinərsən, istəməsən yox. Böyük şəhərin sıxıntısından sonra Corc və Linda burada özlərinə təsəlli tapır. Komediya janrında çəkilmiş “Wanderlust” filminin quruluşçu-rejissoru Deyvid Veyn, prodüseri isə Cad Apatovdur. Filmin ssenari müəllifləri Ken Marino və Deyvid Veyndir. Baş rolları Pol Rud, Cennifer Aniston, Castin Terox, Malin Akermen, Katrin Han və başqaları ifa edir.

XS
SM
MD
LG